....... şeiri oxunan zaman O da hər sözdə görünər əyan Yüz il sonra sorsan , bəs o hardadır? Hər beyti səslənər: "Burda,burdadır" - nöqtənin yerinə yazılacaq söz
Nizaminin
Sarayda " Dürrü yekta" ,el arasında "Xan qızı" ləqəbi ilə tanınan şairəmiz..
Xurşidbanu Natəvan
"Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm."- ifadəsinin müəllifi...
İ.Nəsimi.
Rübailəri müxtəlif dillərdə tərcümə edilmiş gözəl şairəmiz..
Məshəti Gəncəvi
O, Azərbaycan əbədi- bədii dilinin yaradıcılarından biri sayılır.
M.Füzuli
Təxəllüsü "nəzmə çəkən " ,yaxud da " sözləri nizama salan" deməkdir.Söhbət kimdən gedir?
Nizami Gəncəvi
Ana dilimizi ən yüksək zirvələrə qaldıran şairimiz kimdir?
M.Füzuli
Sözləri düzgün ardıcıllıqla düzüb aforizmi söylə. " bilməyənlər, şikəst, dilini , ana , adamlardır, öz "
Heydər Əliyev
lk dəfə Azərbaycan dilini dövlət dili səviyyəsinə kimi yüksəltmiş şah kim olmuşdur?
Şah İsmayıl Xətayi
" İnsanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə fikir mübadiləsi etmələrinə imkan verir."- söhbət nədən gedir?
Dil
Həm sərkərdə , həm də şair kimi tarixə düşən kim olmuşdur?
Şah İsmayıl Xətayi
Your experience on this site will be improved by allowing cookies.